7 may 2025-ci il tarixdə Quba şəhərində Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi və Quba rayon uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı II folklor və rəqs festivalı keçirilmişdir.

Festivalda ölkə ərazisində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri ilə yanaşı türkdilli ölkələr- Türkiyə, Qazaxıstan və Qırğızıstandan da nümayəndələr iştirak etmişdir.

Tədbir ərəfəsində rəhbər şəxslər, festival iştirakçıları və xarici qonaqlar tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.

Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri və ümumtəhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Tədbirin bədii hissəsində festival iştirakçısı olan kollektivlərin şagirdləri tərəfindən qonaqlara Azərbaycan və digər xalqların mədəniyyətinə aid müxtəlif çıxışlar təqdim olunmuşdur.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #HeydərƏliyev